Putin və Tramp bir araya gəldi
Rusiya Prezidenti Vladimir Putin Bakı vaxtı ilə saat 22:54-də Ankoricə çatıb.
Saat 23:30-da isə Elmendorf-Riçardson hərbi bazasında ABŞ və Rusiya liderlərinin görüşü gözlənilir.
***
Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp danışıqlara başlamazdan əvvəl Ankoricdə demək olar ki, eyni vaxtda təyyarələrindən enərək bir-birini salamlayıblar.
Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
