Reallığa üyğun düşünülmuş, cəsarətli siyasətin möhtəşəm uğuru!
Məlumdur ki, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbədən sonra, məhz Prezident İlham Əliyev Ermənistanla sülh müqaviləsinin imzalanması təşəbbüsü ilə çıxış etmişdi.Uzun müddət aparılan danışıqlar nəticəsində 17 maddədən ibarət sülh sazişinin layihəsi razılaşdırılsa da, onun imzalanması müxtəlif səbəblərdən, xüsusilə də Azərbaycanın məlum haqlı tələbləri səbəbindən, eləcə də, regioumuzda maraqları olan bəzi bədxaxlarımızın Ermənistana təzyiqləri səbəbindən imzalanmırdı. Ancaq ABŞ Prezidenti D.Trampın təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində mühüm addım atıldı: avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü çərçivəsində iki dövlət arasında sülh sazişinin layihəsi paraflandı.“Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” adlandırılan layihənin mətni artıq tam razılaşdırılıb.
Preambula və 17 maddədən ibarət saziş layihəsini Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan layihəsini paraflayıblar. Sülh sazişi layihəsinin paraflanması iki ölkə arasıda siyasi razılaşmanın simvolik təsdiqidir və əksər hallarda imzalanma mərhələsinə hazırlıq sayılır. Paraflama, gələcəkdə imzalanacaq sülh sazişinin “dondurulmuş” versiyasıdır, yəni mətn üzərində daha dəyişiklik edilməyəcəyini özündə ehtiva edir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: ”... bir halda Azərbaycan və Ermənistan rəhbərləri bu paraflamanı Ağ Evdə etməyi qəbul ediblərsə, deməli, hesab etmək olar ki, artıq bölgəmizə dayanıqlı sülh gəlib”. Mübaiğəsiz demək olar ki, qeyd edilən sənədin Vaşinqtonda, ABŞ Prezidenti D.Trampın iştirakı ilə paraflanması, eləcə də, Zəngəzur dəhlizinin Azərbaycanın maraqları çərçivəsində açılmasının razılaşdırılması, bədnam 907-ci düzəlişin ləğv edilməsi, ATƏT-in üzdəniraq Minsk Qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycan və Ermənistanın birgə müraciətinin qəbul edilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi reallığa üyğun düşünülmuş, cəsarətli siyasətin möhtəşəm uğurudur!
Qeyd edilən sənədlərin, razılaşmaların əldə edilməsi, xüsusilə də, Azərbaycan və ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasını hazırlamaq üçün Strateji İşçi Qrupuun yaradılması haqqında razılaşma, Azəbaycanın nəinki regionumuzda, hətta beynəlxalq səviyyədə söz sahibinə çevrildiyinin ABŞ tərəfindən də qəbul edildiyini nümayiş etdirir. Şübhəsizdir ki, Prezident İlham Əliyevin Vaşinqtona səfəri zamanı aparılan danışıqlar regional təhlükəsizlik, iqtisadi tərəfdaşlıq və diplomatik təşəbbüslər baxımından əhəmiyyətli nəticələr doğuracaq, regionumuza möhkəm, ədalətli sülhün gəlişinə zəmin yaradacaqdır.
09.08.2025