Əbu-Dabi görüşü 3-cü saatına keçdi: Sülh imzalana bilər?
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti ilham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın Abu-Dabidə görüşü başlayıb.GunAz.az xəbər verir ki, iki saat davam edən görüşdən sonra nümayəndə heyətləri görüş otağından ayrılıb və Əliyevlə Paşinyan hazırda müzakirələri təkbətək davam etdirirlər.
Görüş və geniş müzakirələr Abu-Dabidə sülhlə bağlı hansısa sənədin imzalanacağını gündəmə gətirib.
OMM-un əldfə etdiyi məlumata görə, görüşdə sülh müqaviləsi imzalanmayacaq, amma sülh sazişi müzakirə olunacaq. Habelə görüşdə Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin əsas prioritet olduğu bildirilir.
