“Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır”

GunAz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
İndi Azərbaycanın Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa etdiyini deyən dövlət başçısı diqqətə çatdırıb: “Böyük Qayıdış Proqramı icra edilir. Bu günə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışını təmin etmişik. Azad edilmiş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır”.