Almaniya ölkəmizin regionda lider mövqeyini dəstəkləyir

Almaniya ölkəmizin regionda lider mövqeyini dəstəkləyir

Azərbaycan-Almaniya tarixi-mədəni və iqtisadi əlaqələri çox qədim tarixə malikdir. 

Almanlar 19-əsrin əvvəllərindən başlayaraq Azərbaycana köç edib. Onlar burada daha çox indiki Göygöl, Ağstafa, Tovuz və Şəmkir ərazilərində məskunlaşıblar. Almanların Azərbaycana gəldikləri ilk günlərdən iki xalqın bir-birinə qaynayıb-qarışması və təsərrüfatın bütün sahələrində mədəniyyətlərin qarşılıqlı zənginləşməsi prosesləri davam edib. 

Aprelin 2-də Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri baş tutdu. Almaniya prezidenti Frank-Valter Ştaynmayerin Azərbaycana səfəri, iki ölkə arasındakı münasibətləri gücləndirmək və əməkdaşlığı inkişaf etdirmək məqsədi ilə həyata keçirilmişdir. Ştaynmayerin səfəri zamanı bir sıra yüksək səviyyəli görüşlər və müzakirələr keçirilib. Aprelin 2-də Azərbaycan və Almaniya prezidentləri İlham Əliyev və Frank-Valter Ştaynmayer Bakıda görüşərək mətbuata bəyanatlarla çıxış etdilər. Bu tarixi görüş, iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirdi. Cənab Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, bu səfər Azərbaycan-Almaniya əməkdaşlığına mühüm töhfələr verəcək və iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə imkan yaradacaq. Azərbaycan və Almaniya arasındakı münasibətlər təkcə diplomatik sahə ilə məhdudlaşmır. Prezident İlham Əliyev Azərbaycanın 30 il boyunca Ermənistanın işğalı səbəbindən üzləşdiyi çətinlikləri vurğulayaraq, ölkəmizin beynəlxalq hüququn tələblərinə uyğun olaraq öz ərazi bütövlüyünü bərpa etdiyini bildirdi. “Azərbaycan bu münaqişəni və beynəlxalq hüququ özü döyüş meydanında və siyasi müstəvidə həll etmişdir” – deyə dövlət başçısı bəyan etdi. Bu tarixi Zəfər sayəsində bu gün regionda sülh və sabitlik üçün yeni imkanlar yaranıb. Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsinin imzalanmasına konstruktiv yanaşır və artıq tərəflər arasında razılaşmaların əldə edilməsi üçün ciddi addımlar atılır.

Prezident cənab İlham Əliyev mətbuata bəyanatında bildirib ki, bu səfər bizim əlaqələrimizə yeni müsbət təkan verəcək. Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “Əminəm ki, bu səfərin çox müsbət nəticələri olacaqdır. İkitərəfli münasibətlərimizin tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir. Əminəm ki, səfərin yekunları bizim ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.

Türkanə Mübariz

скачать dle 12.1
Geri qayıt