Trampın "vergi dəyənəyi" siyasəti Azərbaycanın xeyrinədir- YUNUS OĞUZ
Bu vergi rüsumunun Azərbaycana göstərəcəyi təsiri şərh edən siyasi şərhçi Yunus Oğuz Trampın dünya ölkələrinə tətbiq etdiyi "vergi dəyənəyi" siyasətinin Zəngəzur dəhlizinin açılmasını daha da sürətləndirəcəyini düşünür:
"İndi bütün aparıcı dövlətlər diqqətlərini bura yönəldəcəklər. Məlumdur ki, bu marşrut üzrə yükdaşımalar çox ucuz başa gələcək. Belə ki, "vergi dəyənəyi" siyasətini bu dəhliz vasitəsilə kompensasiya etmək olar".
