Sülhlə bağlı mövqelərimiz kifayət qədər yaxınlaşıb - Prezident
Bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə mətbuata bəyanatında bildirib.
Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib:
“İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.
