Politoloq: "Bu yekdil birliyimizi heç kim poza bilməz"

Siyasi şərhçi Teyyub Qənioğlu
Ölkəmizə qarşı düşmənçilik mövqeyində olanlara adekvat cavab verilməlidir
və nə yaxşı ki, verilir də!
Bunu GunAz.az-a Siyasi şərhçi Teyyub Qənioğlu İran və Rusiyanın ölkəmizin daxili işlərinə müdaxiləsinə fikir bildirərkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra süveren dövlət olaraq digər dövlətlərə, o cümlədən qonşulara, qarşı münasibətdə daim öz fəaliyyətini beynəlxalqhüquq normalarına uyğun olaraq, müstəqillik, qarşılıqlı hörmət, ərazi bütövlüyü, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında qurmuş, həmişə bu prinsiplərə riayət etmiş və etməkdədir. Buna baxmayarq, Azərbaycan daim bəzi dövlətlər, xüsusilə də, sözdə özlərini dost kimi qələmə verən qonşu İran və Rusiya Federasiyası tərəfindən,mütəmadi olaraq ölkəmizin daxili işlərinə müdaxilə etmək, ərazi bütövlüyümüzü şübhə altına almaq, onu parçalamağa yönəldilmiş hərəkətlərə yol vermək cəhdləri ilə qarşılaşmış və qarşılaşmaqdadır. Belə hərəkətlər, Azərbaycan beynəlxalq hüquq normalarına və birgəyaşayış qaydalarına uyğun olaraq öz dövlət və milli mənafelərini qorumaq məqsədi ilə tədbirlər həyata keçirdikdə xüsusilə biruzə verir.
Teyyub Qənioğlu bildirir ki, Rusiya səmasında AZAL-a məxsus mülki təyyarə vurulduqdan sonra Rusiya Federasiyasının bəzi dövlət rəsmilərinin, eləcə də yüksək çinli məmurlarının, deputatlarının sərgilədiyi hüquqa, insanlığa, qonşuluğa, müttəfiq hesab etdikləri Azərbaycana qarşı bağışlanması mümkün olmayan hərəkətlər qeyd edilənlərə bariş nümunədir.
"Ancaq bütün bunlara baxmayaraq öz mənafeyini qətiyyətlə qoruyan Azərbaycan dövləti mənfur qonşuların qeyd edilən hüquqa zidd hərəkətlərinə qarşı dözümlülük nümayiş etdirmiş, heç vaxt onlara qarşı adekvat tədbirlər görməmişdir. Ancaq Bakıda qeyri-qanuni fəaliiyət göstərən, casusluq fəaliyyəti ilə məşğul olan “Rus evi”nin bağlanmasını bəhanə edərək, Rusiya rəsmilərinin, rus dövlətinin himayəsində olan kütləvi-informasiya vasitələrinin və ölkəmizdə fəaliiyət göstərən “rusbaşların” ölkəmizə, xalqımıza qarşı sərgilədikləri düşmən mövqeyi bir daha göstərdi ki. - YETƏR!!! Ölkəmizə qarşı düşmənçilik mövqeyində olanlara adekvat cavab verilməlidir və nə yaxşı ki, verilir də"!- deyə Politoloq bildirmişdir.
Son zamanlar Rusiya tərəfindən ölkəmizə qarşı sərgilənən arzuolunmayan hərəkətlərə fikir bildirən Teyyub Qənioğlu əlavə edir ki: "Bu bir daha göstərdi ki, işğalçı, imperiyapərəst, qonşu dövlətlərə və xalqlara “yuxarıdan aşağı” baxan dövlətə münasibətdə indiyədək sərgilənən münasibətlərə yenidən baxmaq lazımdır. İlk növbədə Rusiyanın ölkəmizdə fəaliyyət göstərən casus şəbəkəsi sona qədər ifşa edilib ölkəmizdən qovulamalıdır; Azərbaycanda dövlət hesabına fəaliiyət göstərən rus dilli məktəblər və siniflər, kütləvi informasiya vasitələri ləğv edilməlidir; müxtəlf adlar altında fəaliyyət göstərən “mərkəzlər” ya təmamilə bağlanmalı və ya fəaliiyətləri məhdudlaşdırılmalıdır. Təbiidir ki, bunlar ölkəmizə qarşı indiyədək görünən və görünməyən təzyiqləri gücləndirəcəkdir. Ancaq qəti əminliklə demək olar ki, belə təzyiqlərin heç bir perspektivi yoxdur! Azərbaycan xalqının və dövlətinin yekdil birliyi istənilən xarici təzyiqləri dəf etmək gücündədir və heç kim bu birliyi poza bilməz"!

Bilman İSAQ