SON DƏQİQƏ! MN məlumat yaydı

SON DƏQİQƏ! MN məlumat yaydı Dekabrın 20-də saat 12:00 radələrində Azərbaycan Ordusunun hərbi qulluqçusu Salmanov Ziyad İlqar oğlu Azərbaycan-Ermənistan şərti sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində xidməti-döyüş tapşırıqlarını yerinə yetirərkən piyada əleyhinə minaya düşərək xəsarət alıb.
GunAz.az xəbər verir ki, ilk tibbi yardım göstərildikdən sonra yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib. Onun həyatı üçün təhlükə yoxdur.
Baş vermiş hadisə ilə bağlı araşdırma aparılır

скачать dle 12.1
Geri qayıt