Zəfər tariximizin növbəti abidəsi-Zəfər parkı
8 noyabr 2024-cü il tarixində Cənab Prezident İlham Əliyev ailəsi ilə birgə Bakı şəhərində 8 Noyabr prospektində inşa olunan Zəfər parkının açılışında iştirak etdi.
Zəfər parkı Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı sərəncamla Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə salınıb. Parkın dizaynı və orada yerləşən eksponatlar müharibə dövründəki mühüm anları, ordunun taktiki və strateji üstünlüyünü əks etdirir. Parkın memarlığı və dizaynı Azərbaycan xalqının tarixə və gələcəyə olan dərin bağlılığını simvollaşdırır. Bu park, Azərbaycanın Qarabağdakı zəfərini simvolizə edən və bu zəfərin xatirəsini gələcək nəsillərə çatdırmaq məqsədi daşıyan mühüm bir layihədir. Zəfər parkının yaradılması da elə bu qələbəmizin tarixiləşdirilməsi qədər qiymətlidir. Prezident İlham Əliyevin iştirak etdiyi Zəfər parkının açılışı böyük təntənə ilə qeyd olundu. Parkın açılışında Prezident İlham Əliyev çıxış edərək, həm Azərbaycanın tarixi, həm də ölkənin gələcəkdəki inkişafı haqqında əhəmiyyətli mesajlar verdi. Zəfər parkı, 2020-ci ildəki Vətən Müharibəsindəki qalibiyyəti və Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini əbədiləşdirmək üçün inşa edilib. Zəfər parkının açılışı dövlət başçımızın xalqımıza növbəti böyük hədiyyəsi oldu. Cənab Prezident çıxışında bu parkın təkcə Azərbaycanın deyil, həm də bütün regionun gələcəyini formalaşdıracaq mühüm bir hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyev çıxışında Azərbaycanın digər xalqları ilə bərabər, həm də beynəlxalq aləmdə öz yerini möhkəmləndirdiyini ifadə edərək, Azərbaycanın güclü və inkişaf etmiş bir dövlət olaraq dünya səhnəsində daha böyük rol oynadığını diqqətə çatdırdı. Zəfər parkı, onun fikrincə, təkcə bir memarlıq əsəri deyil, həm də Azərbaycan xalqının müstəqil və güclü dövlət olaraq, öz tarixinə, mədəniyyətinə və dəyərlərinə olan bağlılığının bir göstəricisidir. Zəfər parkının açılması vətənpərvərliyin təbliğində çox mühüm bir rol oynayır. Dövlətimizin başçsı Zəfər parkının əhəmiyyətini və onun Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə verdiyi töhfəni vurğulayıb: “Bu gün Zəfər Günündə şəhərimizin ən gözəl yerlərindən birində Zəfər parkı açılıb. Gözəl Zəfər tağı, Zəfər abidəsi, ərazisi 10 hektara yaxın olan gözəl park, onun aşağısında Zəfər muzeyi artıq inşa edilib, onun tərtibatı gedir. Gələcəkdə Zəfər muzeyi də olacaq. Bu gözəl yerdə şəhərimizin, yenə də deyirəm, ən gözəl yerlərindən birində bu gün bizim parlaq Zəfərimizi əks etdirən yeni simvolumuz artıq yaradılıb. Şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Həm müasir üslubda inşa edilib, həm çox əzəmətlidir. Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır”.
Türkanə Mübariz