İlham Əliyev Toqo prezidenti ilə görüşdü

İlham Əliyev Toqo prezidenti ilə görüşdü
Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 13-də Toqo Prezidenti For Essozimna Qna ilə görüşüb.
GunAz.az xəbər verir ki, dövlət başçısı COP29 tədbirində iştirak etdiyi üçün Toqo Prezidentinə təşəkkürünü bildirdi.
For Essozimna Qna COP29-a dəvətə görə minnətdarlığını ifadə edərək bu tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu vurğuladı.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri, o cümlədən Toqo ilə münasibətlərə böyük əhəmiyyət verir.
Söhbət zamanı ikitərəfli əməkdaşlıq məsələlərinə toxunuldu, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
скачать dle 12.1
Geri qayıt