Quido Krosetto Azərbaycana gəldi

Quido Krosetto Azərbaycana gəldi
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun dəvəti ilə İtaliya Respublikasının müdafiə naziri cənab Quido Krosetto ADEX 5-ci Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak etmək üçün sentyabrın 24-də Bakıya gəlib.
GunAz.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
İtaliya nümayəndə heyətini Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov və nazirliyin digər rəhbər heyəti qarşılayıb.
İtaliyalı qonaq ölkəmizdə səfərdə olduğu müddətdə Azərbaycan-İtaliya hərbi əməkdaşlığının yeni perspektivləri və digər məsələlərlə bağlı görüşlər keçirəcək.
скачать dle 12.1
Geri qayıt