MSK sədri seçkidəki pozuntulardan danışdı

MSK sədri seçkidəki pozuntulardan danışdı “Bu gün Mərkəzi Seçki Komissiyasına heç bir rəsmi müraciət daxil olmayıb”.
GunAz.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, MSK-nın “qaynar xətti”nə zənglər daxil olub, onlar informativ xarakter daşıyır:
“Amma MSK-ya nə müraciət daxil olacaqsa, arzu edilən bütün beynəlxalq müşahidəçilərin, media nümayəndələrinin iştirakı ilə araşdıracağıq. Pozuntu kimi təqdim edilən bütün məsələlər çox ətraflı, şəffaf şəkildə araşdırılacaq və müvafiq qərarlar qəbul ediləcək. Missiyasını başa çatdırmamış beynəlxalq müşahidəçiləri və qurumları da araşdırma prosesinə dəvət edəcəyik”.

скачать dle 12.1
Geri qayıt