“Bəyannamə uğurla yerinə yetirilir”

GunAz.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Prezident İlham Əliyevlə məhdud tərkibdə keçirilən görüşdə bildirib.
“Münasibətlərimiz hələ 2022-ci ilin əvvəlində Sizinlə imzaladığımız Bəyannamə əsasında inkişaf edir, uğurla yerinə yetirilir və Sizin bu ilin aprelində Moskvaya səfəriniz zamanı ikitərəfli münasibətlərimizin inkişafına yaxşı təkan verilib. İqtisadi-ticari əlaqələr uğurla inkişaf edir”, - deyə Rusiya lideri qeyd edib.