YAP deputatlarına qadağa qoydu

GunAz.az xəbər verir ki,hakim Yeni Azərbaycan Partiyası seçki marafonuna qoşulan üzvlərini təhlükədən sığortalamaq üçün maraqlı gediş edib. YAP hazırda namizəd olan deputatlarını və bu statusa iddia edən üzvlərini siyasi qarşıdurmadan çəkindirməyin yolunu tapıb.
Partiyadakı mənbədən yenisabah-a verilən məlumata görə, rəhbərlik YAP-çı deputatlara və namizəd olan partiya üzvlərinə siyasi mövzuda müsahibələr verməyi qadağan edib. YAP-çı namizədlərə yalnız hakimiyyətin siyasi kursunu dəstəkləyən mövzular və beynəlxalq məsələlərə barədə danışmağa icazə verilib.
Mənbə deyib ki, növbədənkənar parlament seçkilərindən danışmaq istəyən YAP-çılar yalnız partiyanın rəsmi orqanı olan yap.org.az saytına müsahibə verə bilərlər./Yenisabah.az