Paşinyan dəvəti qəbul etdi: Bakıya gəlir

GunAz.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə erməni politoloq Xaçik Qalstyan deyib.
Qalstyan bildirib ki, Bakının sülh sazini imzalamaq üçün İrəvandan iki məsələnin tələb edildiyi artıq məlumdur: “Bunlardan biri Ermənistan konstitusiyasının dəyişdirilməsi, digəri isə Minsk qrupunun buraxılması ilə bağlıdır. Ermənistan yaxın vaxtlarda Bakının Minsk qrupu ilə bağlı tələbini icra edəcək və bu formatın de-yure ləğvi haqda ərizə verəcək. Xarici İşlər Nazirliyinin son açıqlaması da bunu deməyə əsas verir. Paşinyan noyabrda keçiriləcək COP-29 tədbirində iştirak üçün Bakıya yola düşə bilər, ona qədər isə Əliyevin tələblərini icra edəcək”.
Erməni politoloq iddia edir ki, Paşinyan Əliyevin tələblərinə müqavimət göstərə bilmir.
“Onlar “Zəngəzur dəhlizi”ndən danışırlar, həm də bu məsələni sülh sazişi mətnindən çıxarırlar. Bu, istədiklərini etmək üçün lazımdır. Ermənistan tərəfi də prosesin içindədir. İndiyə qədər azərbaycanlıların Sünikə (Zəngəzur-red) qayıdışı ilə bağlı heç bir rəsmi qadağa səslənməyib, bu o deməkdir ki, arxada razılaşmlar var”, – Qalstyan iddia edib.