“Ermənistanın nə qazanacağını görəcəyik” - Aleksandr Krılovdan AÇIQLAMA
“Ermənistan rəhbərliyi Rusiya əleyhinə mövqe sərgiləməklə NATO və Avropa Birliyinə qoşulacağına ümid edir”.
GunAz.az xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, İMEMO RAS-ın baş elmi işçisi Aleksandr Krılov deyib.
O, eyni zamanda Ermənistanda dərc edilən yeni tarix dərsliklərində Şərqi Ermənistanın 1828-ci ildə Rusiya imperiyasına birləşdirilməsinin ilhaq adlandırılmasını şərh edib:
“Tarixi faktlara əsaslansaq, baş verənlərin Rusiya-İran müharibəsinin nəticəsi olduğu aydın olar. Ermənistan isə o zaman subyekt kimi yox idi. Həmin tarixi hadisələr zamanı sərhədlər yenidən cızılmağa başlayır, bəzi dövlətlər güclənir, bəziləri isə zəifləyirdi. Rusiya məhz həmin tarixi anda cənuba doğru hərəkət etdi. İran və Türkiyə ilə müharibə zamanı onun sərhədləri genişləndi. Beləliklə, erməni əhalisi Rusiya imperiyasının tərkibinə daxil oldu”.
Ekspert Ermənistandakı anti-Rusiya ovqatının mümkün nəticələrindən də danışıb:
“İndi isə Ermənistan rəhbərliyi çox da uzaq olmayan tarixlə bağlı anti-Rusiya mövqeyi sərgiləməklə NATO-ya və Avropa Birliyinə daxil ola biləcəyinə inanır. Onların bundan nə qazanacaqlarını görəcəyik. Lakin Gürcüstanın təcrübəsi göstərdi ki, bu prosesdə qazancdan çox itki var. İndi Ermənistan da eyni yolla gedir. Baltikyanı ölkələr və Ukrayna da eyni yolla getdi. Deyə bilmərəm ki, bunlar çox uğurlu inkişaf nümunələridir”.