“Paşinyan İlham Əliyevdən vaxt istəyib”

GunAz.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasındakı mənbəyə istinadən “Hraparak” qəzeti yayıb.
Qəzet yazır ki, Paşinyan Konstitusiyada dəyişikliklərə 2026-cı ildə keçirilən parlament seçkilərindən sonra başlamaq niyyətindədir: “Ola bilsin, məhz buna görə Baş nazir Konstitusiya islahatları Komissiyasına yeni Konstitusiyanın konsepsiyasını 2026-cı ilin dekabrında Milli Assambleyaya keçiriləcək seçkilərdən sonra təqdim etməklə bağlı göstəriş verib”.