Müsavat seçkilərlə bağlı qərarını verdi

Müsavat seçkilərlə bağlı qərarını verdi Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək.
GunAz.az xəbər verir ki, qərar iyulun 4-də Müsavat Partiyası Məclisinin toplantısında qəbul olunub.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Milli Məclisin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.
İndiyə qədər 3 partiyanın – REAL, Ağ Partiya və Vətəndaş Həmrəliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb.

скачать dle 12.1
Geri qayıt