Lui Bono Azərbaycana gəlir

ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə regiona səfər edəcək.
GunAz.az xəbər verir ki səfər zamanı Vaşinqtonun Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi dəstək, davamlı və ləyaqətli sülhə nail olmaq yolları müzakirə olunacaq.
Onun Azərbaycan və Ermənistana səfəri zamanı sülh prosesinə dəstək üçün əsas maraqlı tərəflərlə görüşləri planlaşdırılır.