Paşinyan Əliyevin daha bir tələbini yerinə yetirdi

GunAz.az xəbər verir ki, bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşr yazır ki, Rusiya hərbçilərinin Azərbaycan-Ermənistan sərhədindən çıxarılması rəsmi Bakının 44 günlük müharibədən sonra irəli sürdüyü təkliflərdən idi:
“Hazırda Ermənistan hakimiyyəti rusların sərhəddən çıxarılmasını İrəvanın qələbəsi kimi təqdim edir. Lakin bu, Nikol Paşinyanın Azərbaycan Prezidentinin daha bir tələbini yerinə yetirməsidir. Hələ iki ölkə arasında razılaşmanın detallarının təqdim edildiyi ilk vaxtda sənədin birinci nümunəsi bizə göndərildi. Orada dəqiq qeyd olunmuşdu ki, Azərbaycan iki ölkə sərhədində üçüncü ölkənin nümayəndələrinin olmamasını tələb edir. Beləliklə ruslar sərhədin Azərbaycanla olan hissəsindən çıxır, lakin Türkiyə və İranla olan hissədə qalırlar”. (Globalinfo.az)