Hərbi helikopter qəzaya uğradı: 9 ölü

Hərbi helikopter qəzaya uğradı: 9 ölü
Kolumbiyanın Bolivar şəhərinin cənubunda hərbi helikopter qəzaya uğrayıb.
GunAz.az xəbər verir ki, bu barədə Kolumbiya Prezidenti Qustavo Petro X səhifəsində məlumat verib.
O bildirib ki, hadisə ölkənin ən böyük narkotik kartelinə qarşı əməliyyat zamanı baş verib:
Belə ki, əsgərlərin olduğu helikopter “Körfəz Klanı” narkotik kartelinə qarşı əməliyyatda iştirak edən hökumət qoşunlarını təchizatla təmin edirmiş. Qəza nəticəsində helikopterdə olan 9 ekipaj üzvünün hamısı ölüb.
Qeyd edək ki, ölkənin ən böyük narkotik karteli olan “Körfəz Klanı” Kolumbiyada uzun illərdir davam edən daxili silahlı münaqişədə fəal iştirak edir.
скачать dle 12.1
Geri qayıt