Nazir yeni rəis müavini təyin etdi

Nazir yeni rəis müavini təyin etdi Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə növbəti kadr təyinatı olub.
GunAz.az-ın məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə Quliyev Nizami Qələndər oğlu FHN Sumqayıt Regional Mərkəzin rəis müavini təyin edilib.
Qeyd edək ki, Nizami Quliyev 29.04.1979-cu ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib.
Ailəlidir, 1 övladı var. (Qaynarinfo)
скачать dle 12.1
Geri qayıt