“Azərbaycan bizim üçün böyük qardaş kimidir”

GunAz.az Report-a istinadən xəbər verir ki, bunu Yeni Kaledoniya senatının üzvü Ludovik Bula “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda çıxışı zamanı deyib.
“Azərbaycana bizə özümüzü ifadə etməyə imkan yaratdığı üçün təşəkkür edirəm. Azərbaycan bizim üçün böyük qardaş kimidir. Kanak xalqına göstərilən dəstək çox dəyərlidir və bu dəstəyi əsla unutmayacağıq”, - o vurğulayıb.