“2022-ci ildən Putinlə danışmamışam”

“2022-ci ildən Putinlə danışmamışam”
Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə sonuncu dəfə 2022-ci ilin dekabrında telefonla danışdığını açıqlayıb.
GunAz.az xəbər verir ki, Şolts bu barədə “Markische Allgemeine Zeitung” qəzetinə müsahibəsində danışıb.
“Bizim sonuncu telefon danışığımız 2022-ci ilin dekabrında olub. Buna qədər tez-tez danışırdıq”, - deyə kansler qeyd edib.
Onun sözlərinə görə, Ukraynada münaqişə başlamazdan bir neçə gün əvvəl Moskvada şəxsən Putinlə 4 saatdan çox danışıqlar aparıb. 
Qeyd edək ki, tərəflər arasında telefonla sonuncu söhbət 2022-ci il dekabrın 2-də baş tutub. Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi bu söhbətin 1 saata yaxın davam etdiyini və Ukraynadakı münaqişəyə həsr olunduğunu açıqlamışdı./“Qafqazinfo”
скачать dle 12.1
Geri qayıt