Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi

Azərbaycan XİN Türkiyəyə başsağlığı verdi Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəyə başsağlığı verib.

Bu barədə XİN-in X hesabında paylaşım edilib.
“Pəncə-Kilid” antiterror əməliyyatı bölgəsində Türkiyə hərbi qulluqçularının şəhid olması və yaralanması xəbəri bizi dərindən kədərləndirdi. Şəhid olmuş qəhrəman türk əsgərlərinə rəhmət diləyir, qardaş Türkiyəyə və şəhidlərimizin ailələrinə dərin hüznlə başsağlığı veririk" - paylaşımda qeyd olunub.
Qeyd edək ki, yanvarın 12-də İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində Türkiyə ordusunun mövqelərinə terrorçuların hücumu zamanı 9 hərbçi şəhid olub.

скачать dle 12.1
Geri qayıt