Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfərə gəlib
Qırğız Respublikasının Prezidenti Sadır Japarov noyabrın 23-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Qırğızıstan Prezidenti Sadır Japarovu hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşıladılar.
скачать dle 12.1
Geri qayıt