Vaşinqton İranın provokasiyalarına dözmək niyyətində deyil. Bunu jurnalistlərə açıqlamasında ABŞ Prezidenti Donald Trampın Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Flin deyib. O, İranın provokasiyalarının ABŞ-ın maraqlarını təhdid etdiyini bildirib: "Beynəlxalq ictimaiyyət İranın pis davranışına qarşı kifayət qədər səbirli olub. İranın hərbi və düşmənçilik fəaliyyətinə göz yumulması dövrü artıq başa çatıb. Vaşinqton İranın təxribatlarına dözmək niyyətində deyil”.