Türkiyə Azərbaycan QARDAŞLIĞI

Qardaş Türkiyə Respublikasında səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti AK Parti İzmir təşkilatının qərargahında görüş keçirib.
Görüşdən sonra mətbuat konfransı olub.
YAP-ın Veteranlar Şurasının üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, AK Parti İzmir təşkilatının sədri Bilal Sayqılı, İzmirdən deputat Ceyda Bölünməz Cankiri, Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, Anar İsgəndərov, Azər Badamov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsal İsmayılov çıxış edib, jurnalistlərin suallarını cavablandırıblar.
Bilman İSAQ