ABŞ nə zaman genişmiqyaslı nüvə təliminə başlayır?

ABŞ nə zaman genişmiqyaslı nüvə təliminə başlayır?
ABŞ Silahlı Qüvvələrinin strateji komandanlığı "Global Thunder” nüvə komandanlığı və nəzarəti üzrə illik təlimlərə başlayır.

Bu barədə komandanlığın mətbuat xidməti məlumat yayıb.

"11 aprel 2023-cü ildə illik "Global Thunder” komanda və nəzarət təlimi başlayacaq. Təlimlərin əsas məqsədi nüvə qüvvələrinin hazırlığının və strateji çəkindirmə imkanlarının artırılmasının qiymətləndirilməsidir. Təlimdə ABŞ-ın əsas müttəfiqləri, o cümlədən Böyük Britaniya iştirak edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, bu cür təlimlər hər il keçirilir və hər hansı dövlətə qarşı deyil.
скачать dle 12.1
Geri qayıt