Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?

Ermənistanda gürcüfobiya hansı məqsədlər üçün istifadə olunur?
Erməni millətçiləri Ermənistanda məqsədyönlü şəkildə gürcüfobiyanı yayırlar. Erməni xadimləri vaxtaşırı olaraq mətbuatda, Ermənistanın kanallarında antigürcü, gürcüfobiya ruhlu çıxışlar edərək ictimaiyyətdə gürcü xalqına qarşı nifrət yaradırlar. Bu baxımdan sübut olaraq, Ermənistanın "Noyan Topan” telekanalında [1] çıxış edən gürcüfob erməni xadimi Razdan Madoyanın antigürcü xarakterli çağırışlar etməsini və onu dinləyən aparıcının ona haqq qazandırmasını göstərmək olar. R.Madoyan, beynəlxalq neft platformalarında qətllərin törədilməsinə dair çağırışlar edir və beləcə erməni millətçilərinin ölkələrarası arapozuculuq fəaliyyətini həyata keçirməyə çalışır. Belə bir arapozuculuq fəaliyyətinin həyata keçirilməsində isə məqsəd - Gürcüstan üzərindən hər hansı tranzitin, enerji qovşağının formalaşmasının qarşısını almaqdır.
     Erməni millətçiləri məskunlaşdıqları Gürcüstan ərazilərində də qəsdən gürcüfobiyanı yayaraq gürcülərə qarşı nifrət yaradırlar və gürcüfobiyadan təzyiq mexanizmi kimi istifadə edərək gürcüləri sıxışdırmağa, ərazilərini isə ələ keçirməyə çalışırlar. Başqa sözlə desək, erməni millətçiləri ruslarda gürcülərə qarşı nifrət oyadaraq Rusiyanın hərbi potensialı hesabına Gürcüstanın ərazilərini ələ keçirmək istəyirlər. Belə bir fakt məlumdur ki, 2006-cı il tarixində "Cavaxk” separatçı təşkilatının yaradıcılarından biri olan R.Madoyan Rusiya hərbi bazasının Axalkalakidən çıxarılmasına qarşı çıxanlardan biri olub. Erməni separatçıları Samtsxe-Cavaxetini "Cavaxk” kimi qələmə verərək həmin ərazidə, İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın ağır məğlubiyyətindən sonra tamamilə iflasa uğrayan "Artsax” ssenarisini həyata keçirməyə çalışıblar. 
     Qeyd edək ki, gürcü ziyalıları erməni millətçilərinin yalanlarını açıq-aşkar ifşa edirlər. Gürcü politoloqu Zurab Abaşidze Samtxse-Cavaxeti məsələsi ilə bağlı erməni yalanlarına fikrini bu şəkildə bildirir: "Bu bəyanatlar heç bir halda Gürcüstan cəmiyyətinin əhvalını əks etdirmir. Bu cür bəyanatların ayrı-ayrılıqda verilməsi təxribat kimi qiymətləndirilməlidir”. Eksperin sözlərinə görə, bütün bu təxribatların reallıqla heç bir əlaqəsi yoxdur [3]. 
     Gürcü xalqı daim köməyə ehtiyacı olanların yanında olub. Erməni millətçiləri isə gürcülərin xeyirxahlığından sui-istifadə edərək onlara xəyanət ediblər, nifrət bəsləyiblər. Gürcü yazıçısı Sergi Sacay, saxtakar erməni müəllifi olan gürcüfob Xocanıın - Baqramyan batalyonu haqqındakı kitabına nəzər salıb və həmin kitab barəsində fikrini bu şəkildə bildirib: "Bu günlərdə aqressiv separatizmin ideoloqlarından biri olan Xoca adlı şəxsin gürcülərə qarşı etnik təmizləmə və soyqırım törədən zaman xüsusi qəddarlığı ilə seçilən Baqramyan adına erməni batalyonunun hərbi yolu haqqındakı kitabı ilə rastlaşdım. Kitabı vərəqlədim, silahlı qaniçənlərin siyahısında yedizdirdiyim, onlara kömək əlini uzatdığım, qonşumu, işçimi, haqq yoluna saldığım bir çox həmvətənlərimin adlarını gördüm. Bu haqda əvvəllər bilirdim, amma əllərimlə toxunanda gözlərimə inanmadım, doğrudanmı bu qədər xəyanət etmək olar?” [4]. 
  Ermənistanda gürcüfobiya ilə yanaşı həm də azərifobiya mövcuddur. Erməni millətçiləri daim gürcüləri və azərbaycanlıları gözdən salmaq üçün müxtəlif çirkin yollara əl atıblar. Erməni faşistləri öz məkrli niyyətlərindən ötrü təkcə gürcülərə qarşı yox, azərbaycanlılara qarşı da etnik təmizləmə siyasətini və soyqırmı həyata keçiriblər. 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə, keçmiş Sovet İttifaqının müxtəlif təyinatlı qoşun hissələri fövqəladə vəziyyət elan etmədən qəflətən Bakı şəhərinə yeridilərək küçə və meydanlarda toplaşan dinc əhalini amansızcasına qətlə yetirib. Həmin faciə zamanı yüzlərlə dinc əhali, başqa sözlə desək günahsız azərbaycanlılar həlak olublar. Ümummilli lider Heydər Əliyev ilk dəfə 1990-cı ilin yanvarın 21-də tarixi faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində keçirilən yığıncaqda çıxış edərək bu hadisəni törədən şəxsləri kəskin şəkildə tənqid edərək bu hadisənin hüquqa, demokratiyaya, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə yad olduğunu bildirmişdi. Ümummilli lider 1991-ci ilin martın 7-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında çıxış edərək 20 yanvar hadisəsini növbəti dəfə çox sərt şəkildə şərh etmişdi: "...1990-cı il yanvarın 20-də İttifaq dövləti tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz edimişdir. Heç bir əsas olmadan, xəbər vermədən, dövlət qanunlarını kobudcasına pozaraq, Bakı şəhərinə müasir silahlı sovet ordusunun qoşun hissələri yeridilmiş, onlar vəhşilik, qəddarlıq etmiş, nəticədə nahaq qan tökülmüş, yüzlərlə adam həlak olmuş, xəsarət almış, itkin düşmüşdür”. Ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıdışından sonra 1990-cı ilin qanlı Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. "20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanında deyilirdi: "Xalqımızın tarixinə qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin yanvarın 20-də Azərbaycan öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini vermişdir. Tarixin yaddaşına qanla yazılmış həmin gündən bizi 4 illik zaman məsafəsi ayırır. Təəssüf ki, 4 il ərzində 20 Yanvar hadisələrinə dövlət səviyyəsində lazımi siyasi-hüquqi qiymət verilməmişdir”. 1997-ci ilin yanvarın 31-də ümummilli lider Heydər Əliyev Milli Elmlər Akademiyasının rəhbərliyi, həqiqi və müxbir üzvləri, institut direktorları və aparıcı alimləri ilə görüşü zamanı demişdir: "...Xalqımız bundan tarixi nəticə çıxarmalıdır. Biz gərək heç vaxt əyilməyək, heç vaxt sınmayaq. Bilirsiniz, millətin mənafeyi hər bir insanın həyatından üstün olmalıdır” [5]. 
Kamal Salayev
AMEA Qafqazşünaslıq İnstitutunun
Gürcüstanşünaslıq şöbəsinin kiçik elmi işçisi
[email protected]
скачать dle 12.1
Geri qayıt