ABŞ Rusiyanın təklifini dəyərləndirdi

ABŞ Rusiyanın təklifini dəyərləndirdi
Qazaxıstanın paytaxtı Astanada baş tutacaq Suriya görüşlərində iştirakla bağlı təklifi dəyərləndiririk.
Bu sözləri ABŞ Dövlət Departamentinin adı açıqlanmayan nümayəndəsi "Röyter”ə deyib.
"Rusiya Xarici İşlər naziri Sergey Lavrov mətbuat konfransı zamanı dediyi təklif artıq bizə çatıb. Dəvəti aldıq və dəyərləndiririk”, - ABŞ rəsmisi bildirib.
Qeyd edək ki, Astana sammitinin 23 yanvarda həyata keçirilməsi gözlənilir.
Görüşlərdə Türkiyə, İran, Rusiya, ABŞ və BMT-dən olan nümayəndələrin iştirakı gözlənilir.

Gunaz.az

скачать dle 12.1
Geri qayıt