İraq ABŞ-dan təzminat istəyir

İraq ABŞ-dan təzminat istəyir
2003-cü ildə ABŞ-ın İraqı azad etmə əməliyyatı əsl işğala çevrildi. Minlərlə iraqlı qətlə yetirildi. Ümid edirəm ki, xalqımıza dəyən zərərin təzminatı ödənilər.
Bu sözləri İraq Baş naziri Heydər Abadi jurnalistlərə açıqlamasında deyib.
Baş nazir bildirib ki, ABŞ-ın işğalı nəticəsində minlərlə terrorçu sərbəst buraxıldı:
"ABŞ və beynəlxalq birliyin dəstəyi ilə İraq şərdən (Səddam Hüseyndən) xilas edildi. Lakin bunun qarşılığında iraqlılar xeyli qurban verdi. Yüzlərlə terrorçu sərbəst buraxıldı. Ordu və dövlət çökdü. Nəticədə dünyanın hər yerindən terrorçular ölkəmizə axın etməyə başladı. İraq bunun bədəlini ödədi. Bu məsələlər dəqiq şəkildə araşdırılmalıdır. Ümid edirəm, iraqlılara təzminat ödəniləcək”.(Axar.az)
Gunaz.az
скачать dle 12.1
Geri qayıt