İranın Azərbaycandakı səfirliyinin bəyanatı

İranın Azərbaycandakı səfirliyinin bəyanatı

GunAz.az xəbər verir ki, İranın Azərbaycandakı səfirliyi bəyanat yayıb.

Bəyanatda deyilir: İran İslam Respublikasının silahlı qüvvələrinin şimal-qərb bölgəsində (bu yaxınlarda Ermənistanla olan sərhəddə başlayan) manevr və təlimləri, İran İslam Respublikası Silahlı Qüvvələrinin illik fəaliyyət təqviminə və dövri təlimlərə uyğun həyata keçirilir. Habelə Azərbaycan Respublikasına olan dostluq və qardaşlıq münasibəti nəzərə alaraq, təlimlərə başlamadan əvvəl Azərbaycan tərəfinə rəsmi nota verilmişdir. 

Bu notadan əlavə İran İslam Respublikasının silahlı qüvvələrinin baş qərargah rəisi General-Leytant Baqerinin Azərbaycan Respublikasının müdafiə naziri General-Polkovnik Zakir Həsənovla olan telefon söhbətində təlimlərin keçirilməsində əməkdaşğa dair bəzi təkliflər irəli sürülmüşdür ki hal-hazırda davam etdirilən bu təlimlərədə yerinə yetirilir.  

İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daima düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub

скачать dle 12.1
Geri qayıt