İranın müdafiə nazirinin müavini Azərbaycana gəldi

İranın müdafiə nazirinin müavini admiral Əmir Rasteqari Azərbaycana üçgünlük səfərə gəlib.
Bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
İranlı admiralın səfər çərçivəsində "ADEX-2022” 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində iştirak edən ölkələrin müdafiə sənayesi nümayəndələri ilə görüşləri nəzərdə tutulub.