
İqtisadiyyat naziri Mikayıl Cabbarov Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən cənab Matsey Popovski ilə görüşüb.
GunAz.az xəbər verir ki, bu barədə nazir Feysbuk hesabında yazıb.
"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş direktor vəzifəsini icra edən Matsey Popovski ilə beynəlxalq maliyyə qurumları ilə əlaqələrin genişlənməsi və işğaldan azad olunmuş ərazilərimizin bərpası çərçivəsində əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi apardıq", - nazir qeyd edib.