SON DƏQİQƏ
» » İran XİN-dən 10 noyabr bəyanatına MÜNASİBƏT

İran XİN-dən 10 noyabr bəyanatına MÜNASİBƏT

Tarix:

16-11-2020, 18:29

/ 4 724 dəfə oxundu.
İran XİN-dən 10 noyabr bəyanatına MÜNASİBƏT

İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə noyabrın 10-da Qarabağla bağlı Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri arasında imzalanan bəyanatı şərh edərkən bildirib: 

"İran İslam Respublikası Dağlıq Qarabağ böhranının davamlı həll olunmasını dəstəkləyir. Eyni zamanda, Bakı və İrəvana təqdim olunan plan mövcud vəziyyətlə ciddi şəkildə üst-üstə düşür.

İran və bölgənin coğrafi sərhədləri dəyişməyəcək. Nəşr olunanlardan təəssüratımız budur ki, sadə bir tranzit marşrutu yaradılacaqdır və onun təhlükəsizliyini və keyfiyyətini necə təmin olunması müzakirə olunmalıdır. İran İslam Respublikası məsələni yaxından izləyir.

İran bir çox transit marşrutlarının magistral yolunda yerləşir. İran həm geosiyasi mövqeyinin fərqindədir, həm də dostlarına kömək etmək üçün bundan istifadə edir.

Səid Xətibzadə qeyd edib ki,İran İslam Respublikasının bölgədəki bütün münasibətlərdə strateji rolu var və bu davam edəcəkdir. Bu böhranın yeganə daimi həlli ədalət, ölkələrin suverenliyi və sərhədlərə hörmət prinsipinə diqqət yetirməkdir. Bu istiqamətdə kömək edəcək hər hansı bir addımı alqışlayırıq. Mövcud atəşkəs böhrana son cavab olmaya bilər, amma çox təsirli bir addımdır.

 

-Normal qaydalar xaricində heç bir mövzu meydana gələ bilməz; Bölgədən kənar heç bir tərəf bu bölgəyə ayaq basa bilməz. Bunu açıq şəkildə bildirdik və mesajı almalı olanlar aldılar. təbiidir ki bundan kənar heç bir proses baş verməyəcək.

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ