SON DƏQİQƏ
» » Bakı və Ankara bu istiqamətdə də güclərini birləşdirir

Bakı və Ankara bu istiqamətdə də güclərini birləşdirir

Tarix:

8-09-2020, 23:31

/ 1 459 dəfə oxundu.
Bakı və Ankara bu istiqamətdə də güclərini birləşdirir

Azərbaycan-Türkiyə birgə media platformasının yaradılması yolunda hər iki qardaş dövlətin ortaya mövqe qoyması çox sevindirici və qürurverici haldır.

GunAz.az xəbər verir ki, bu sözləri Teleqraf Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Real TV-nin "Real İntervyu” proqramına açıqlamasında Prezidentin köməkçisi, PA-nın şöbə müdiri Hikmət Hacıyevin Türkiyə səfəri çərçivəsində Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fəxrəddin Altun görüşü və bu görüşdə birgə media platformasının yaradılması ilə bağlı razılaşmanı şərh edərkən deyib.

Politoloq bildirib ki, Azərbaycan-Türkiyə birgə media platformasının yaradılması uzun illərdir ki, bizim arzumuz olub:

"Bizim buna hava, su kimi ehtiyacımız var. Türkiyə ilə Azərbaycanın hədəfləri də, düşmənləri də ortaqdır. Biz apardığımız informasiya müharibəsinin istiqaməti də, hədəfi də eynidir. Buna görə də bu gün qüvvələrimizi birləşdirməyimiz günün tələbinə çevrilib.

Əslində, ayrı-ayrı QHT-lər, jurnalist təşkilatları tərəfindən dəfələrlə bu ideya gündəmə gəlib. Hətta bu yöndə müəyyən addımlar da atılıb. 2010-cu ildə xatırlayıram ki, İstanbulda belə bir tədbir keçirilmişdi. Lakin çox təəssüflər olsun ki, bu təşəbbüslər kağız üzərində qaldı, bunun bir işlək mexanizmini tapmaq mümkün olmadı. Hazırda dövlətlərimizin bu istiqamətdə ortaya iradə qoyması isə işlək mexanizmin ortaya çıxacağı deməkdir”.

A.Camalqızı deyib ki, bütün sahələrdə əməkdaşlıq edən qardaş ölkələrin informasiya məkanını da uzlaşdırması istiqamətində addım atması strateji məsələdir və gözlənilirdi.


скачать dle 12.1

Şərhlər