SON DƏQİQƏ

Tovuzun bu kəndlərində hansı problemlər var?

Tarix:

3-02-2020, 21:39

/ 641 dəfə oxundu.
Tovuzun bu kəndlərində hansı problemlər var?

104 saylı Gədəbəy-Tovuz seçki dairəsindən deputatlığa namizəd Rauf Vəliyev kənd-kənd görüşlərini davam etdirir.

GunAz.az xəbər verir ki, fevralın 3-də Rauf müəllim Tovuzun Şamlıq və Yanıqlı kəndlərində seçicilərlə səmimi münasibət qurub. Hər 2 kənddə əvvəlcə öz planlarını, düşüncələrini açıqlayan Rauf Vəliyev ardından yerli sakinlərin qayğılarını, onları narahat edən məsələləri dinləyib.

Yanıqlı kəndində bankomatın çatışmazlığı vurğulanıb. Belə ki, kəndlilər təqaüd və maaşlarını almaq üçün rayon mərkəzinə doğru xeyli məsafə qət etməyə məcbur olurlar.

Şamlıq sakinlərinin qayğıları isə daha çoxdur. Sakinlər bildiriblər ki, kənddə tibb məntəqəsi olsa da, həkim çatışmazlığından əziyyət çəkirlər. Həmçinin Şamlıqda işıq və qaz problemi var. Sakinlərin sözlərinə görə işıq dirəkləri köhnədir: “Güclü külək əsən kimi işıqsız qalırıq. Yenə heç olmasa bu problemi lampa ilə həll edə bilirik. Amma qışda qazın olmaması bizə çox əziyyət verir. Ağaclar kəsilir, meşələr məhv olur. Hamısı da baha qiymətə başa gəlir. Amma qaz çəkilsəydi, həm büdcəmizə xeyli qənaət olunardı, həm də meşə fondumuz məhv olmazdı”.

Sadalanan bütün problemləri qeydə alan deputatlığa namizəd Rauf Vəliyev bu məsələləri ictimailəşdirəcəyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ