SON DƏQİQƏ
» » Milli Məclis Oqtay Əsədovla bağlı yazılanları pislədi: “Onun belə tanışı yoxdur”

Milli Məclis Oqtay Əsədovla bağlı yazılanları pislədi: “Onun belə tanışı yoxdur”

Tarix:

4-12-2019, 20:37

/ 390 dəfə oxundu.
Milli Məclis Oqtay Əsədovla bağlı yazılanları pislədi: “Onun belə tanışı yoxdur”

Son vaxtlar bir sıra kütləvi informasiya vasitələrində Milli Məclisin sədri Oqtay Əsədovla bağlı həqiqətə uyğun olmayan məlumat dərc olunub.

GunAz.az-ın məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, həmin məlumatda guya parlament sədrinin qardaşı oğlu Cavid Əsədovun sahibi olduğu “Araş Medical Company” MMC-nin son doqquz il ərzində 250 milyon manatdan artıq dövlət satınalması əldə etdiyi, bu satınalmaların əksəriyyətinin Səhiyyə Nazirliyindən olduğu yazılıb.

Parlamentin mətbuat xidməti qəti şəkildə bildirib ki, Milli Məclisin sədri Oqtay Əsədovun Cavid Əsədov adlı nə qardaşı oğlu, nə bacısı oğlu, nə də tanışı var.

“Milli Məclis sədrinin “Araş Medical Company” MMC ilə heç bir əlaqəsi yoxdur. Heç bir əsası olmayan, uydurma faktlara söykənmiş belə informasiyaların yayılması ancaq acı təəssüf hissi doğurur”, - deyə əlavə olunub.

скачать dle 12.1

Şərhlər