SON DƏQİQƏ
» » Prezident Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayırdı

Prezident Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayırdı

Tarix:

18-03-2019, 18:43

/ 10 295 dəfə oxundu.
Prezident Səhiyyə Nazirliyinə 6,8 milyon manat ayırdı

Prezident İlham Əliyev Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Müvafiq sənədi AZƏRTAC dərc edib.

Sərəncama əsasən, Maştağa qəsəbəsində 7 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının ərazisində yeni korpusun tikintisinin başa çatdırılması məqsədilə Səhiyyə Nazirliyinə 6 807 400 (altı milyon səkkiz yüz yeddi min dörd yüz) manat ayrılıb.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ