SON DƏQİQƏ
» » Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Tarix:

12-02-2019, 20:24

/ 10 296 dəfə oxundu.
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

AZƏRTAC-ın məlumatına görə, məktubda deyilir:

“Hörmətli cənab Prezident, Əziz Qardaşım, İstanbulda yaşayış binasının çökməsi və helikopter qəzası nəticəsində insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ