SON DƏQİQƏ
» » “İrana hərbi müdaxilə ehtimalı yüksəkdir” – Şərh

“İrana hərbi müdaxilə ehtimalı yüksəkdir” – Şərh

Tarix:

5-01-2019, 14:13

/ 10 276 dəfə oxundu.
“İrana hərbi müdaxilə ehtimalı yüksəkdir” – Şərh

ABŞ Suriyadan qoşunlarını çıxaranda hamı elə düşünürdü ki, Vaşinqton ümumiyyətlə, Yaxın Şərqdəki mövqelərini təhvil verir, Rusiya isə bölgədə bir növ hakimi-mütləqə çevrilir. Ancaq indi bəlli olur ki, bu heç də belə deyilmiş.

Bunu GunAz.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O qeyd edib ki, sadəcə olaraq, ABŞ yeni bir strategiya həyata keçirməyə başlayıb:

“Bu strategiya Suriyadan çıxarılan qüvvələri İraqa yerləşdirməyi və İranı tam mühasirə vəziyyətinə salmağı nəzərdə tutur. Artıq ABŞ-ın təyyarədaşıyan gəmilərindən biri Fars körfəzinə daxil olub. Onunla birlikdə bir neçə esmines və Hərbi-Dəniz Donanmasının güclü qüvvələri körfəzə daxil olublar. Bütün bunlar onu göstərir ki, ABŞ İranla bağlı məsələlərdə daha qətiyyətli dövrə qədəm qoyur. Bunu ABŞ Dövlət Departamentinin başçısı Mayk Pompeonun verdiyi bəyanat da sübut edir. O, İranın danışıqlar masası arxasında əyləşib ona təqdim olunan 12 təkliflə bağlı mövqelərini razılaşdırmağa hazır olmayacağı təqdirdə məsələnin həllinin başqa müstəviyə, yəni güc müstəvisinə keçmək ehtimalının olduğunu bildirib.

Pompeo hətta bununla bağlı müddət məsələsinə də diqqət yetirib. Bildirib ki, müddət məsələsində dəqiq vaxt söyləmək mümkün deyil. Bu, bu gün də, sabah da ola, 4 aya yaxın bir müddət də çəkə bilər. Doğrudur, dövlət katibindən fərqli olaraq Prezident Tramp 4 ay müddəti söyləmədəyini deyib. Müddət məsələsində fərqli mövqelər səsləndirilsə də, İranla bağlı ABŞ-ın kəskin mövqe tutması göz önündədir”.

Q.Hüseynli daha sonra deyib:

“Belə görünür ki, Amerika İran məsələsində Tehranın həm ballistik raketlərin istehsalı və sınağını davam etdirməsi, həm də onun gizli surətdə nüvə tədqiqatları aparması barədə kəşfiyyat məlumatlarına malikdir. Bu məsələlərə son qoymaq üçün İrana son müddət tanıdığını bildirir. Əgər bu müddət ərzində İranın siyasi elitası Amerika ilə danışıqlar masası arxasında əyləşməyə razı olmadıqlarını bəyan etsə, o zaman məsələlərin hərbi güc variantına keçəcəyi ehtimalı kifayət qədər yüksək görünür”.

Politoloq qeyd edib ki, bəzi ekspertlər artıq bu məsələnin hərbi müstəvidə davam etdirilməsi variantına rəvac verildiyini bildirirlər:

“Onlar qeyd edirlər ki, bu variant çox da uzaq olmayan dövrdə reallaşa bilər”.

Q.Hüseynli onu da bildirib ki, Azərbaycan İranla bağlı hərbi variantın seçilməsini istəmir, bu məsələlərin danışıqlar masası ətrafında müzakirə edilməsini arzulayır:

“Çünki İran bizə qonşu ölkədir. Orada bizim çoxlu soydaşımız yaşayır. Bu nöqteyi-nəzərdən qonşuda hər hansı yanğın və fəlakətin olması bizim siyasi maraqlarımıza uyğun gəlmir”.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ