SON DƏQİQƏ
» » Vüqar Rəhimzadə: Paşinyan iqtidarı Ermənistana yaxşı heç nə vəd etmir

Vüqar Rəhimzadə: Paşinyan iqtidarı Ermənistana yaxşı heç nə vəd etmir

Tarix:

10-12-2018, 19:03

/ 10 321 dəfə oxundu.
Vüqar Rəhimzadə: Paşinyan iqtidarı Ermənistana yaxşı heç nə vəd etmir

"Ermənistanda keçirilən növbədənkənar parlament seçkiləri ölkənin tarixinə növbəti biabırçılıq kimi düşdü. Buna seçki demək nə dərəcədə doğrudur? Sözsüz ki, bu, seçki yox, “seçki fırıldağı” kimi yadda qaldı".

GunAz.az xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, seçicilərin heç 50 faizi belə səsverməyə gəlmədi. Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Tiqran Mukuçyan açıqlama yayıb ki, seçici fəallığı cəmi 48,63 faiz təşkil edib. İnsanların daha çox yaşadığı İrəvanda belə seçici passivliyi müşahidə edilib. Bu, hələ rəsmi statistikadır, şişirdilmiş rəqəmdir. Əslində isə bu faiz daha aşağıdır. Bu da insanların köhnə və yeni hakimiyyətə inamsızlığından irəli gəlir. İllərdir ki, xalqı boş vədlərlə aldadan terrorçu Sarkisyan rejimindən sonra hakimiyyətə gələn Paşinyan şirin vədlərlə öz şəxsində “lider” obrazı fomalaşdırmağa çalışdı. Ancaq onun 7 aylıq hakimiyyət dövrü göstərdi ki, Paşinyan xalqın yox, “başqaları”nın qulluğundadır. Ermənistanda seçici passivliyinin baş verməsi isə məhz bu amillərlə bağlıdır.

Baş redaktor bildirib ki, Ermənistandakı seçkilər zamanı kifayət qədər qanun pozuntusu qeydə alınıb: “Seçkilərdə ciddi saxtakarlıqlar baş verdi. Bunların əksəriyyəti isə cinayət tərkiblidir. Haradadır Azərbaycanda keçirilən şəffaf, ədalətli seçkilərə hər fürsətdə qara yaxmağa çalışan bəzi beynəlxalq qurumlar, təşkilatlar? Nə üçün Ermənistanda baş verən biabırçılığa reaksiya vermirlər, hesabatlar yaymırlar? Bu mənada hesab edirəm ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatları, o cümlədən ATƏT və digər qurumlar Ermənistandakı seçki saxtakarlığına lazım olan qiyməti verməlidirlər. Bütün dünyanın gözü qarşısında baş verən qanun pozuntuları, seçici passivliyi, şişirdilmiş rəqəmlər və müxalifətin, xalqın etirazı beynəlxalq təşkilatların hesabatlarında öz əksini tapmalıdır”.

V.Rəhimzadə əlavə edib ki, saxta seçki ilə hakimiyyətə gələn Paşinyan iqtidarı özü və Ermənistan üçün yaxşı heç nə vəd etmir: “Paşinyan hakimiyyətə gəldiyi ilk günlərdə xalqı yalan vədlərlə aldatmağa çalışdı, bir müddət bunu bacardı da. Ancaq vaxt keçdikcə insanlar onun əsl simasını gördülər və 9 dekabr “seçki oyunu” da bunun bariz nümunəsi oldu”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ