SON DƏQİQƏ
» » “Paşinyanın ordu üzərində nüfuzu yoxdur” – Zahid Oruc

“Paşinyanın ordu üzərində nüfuzu yoxdur” – Zahid Oruc

Tarix:

5-12-2018, 10:30

/ 10 242 dəfə oxundu.
“Paşinyanın ordu üzərində nüfuzu yoxdur” – Zahid Oruc

“Azərbaycanla Ermənistanın xarici işlər nazirləri səviyyəsində bu gün baş tutacaq görüş dekabrda Nikol Paşinyan və İlham Əliyev arasında danışıqlara səbəb olacağına dair illüziya yaratmamalıdır. Müəyyən qədər zaman keçməlidir. Qarşı tərəf dialoqa hazır deyil, həm də real qüvvəyə çevrilməyib. Parlamentdə qalibiyyət avtomatik olaraq yenidən hökumət strukturlarını formalaşdırmaqla müşayiət olunmalıdır. Ardınca Dağlıq Qarabağdakı rejimi, Bako Saakyanı dəyişdirmək üçün həmlələr başlayacaq. Bu da bir qədər zaman alacaq. Hələ bilmək olmaz, onda qanlı toqquşmalar meydana çıxacaqmı, süni şəkildə Qarabağ rejiminin İrəvan siyasi iqtidarı əleyhinə çevrilməsi necə inkişaf edə bilər? Azərbaycan da təbii ki, bu prosesi fəal izləyəcək, buna adekvat kursumuz olacaq”.

Bu sözləri GunAz.az-a açıqlamasında Milli Məclisin deputatı Zahid Oruc Xarici İşlər naziri Elmar Məmmədyarov və Ermənistan Xarici İşlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında bu gün Milanda baş tutacaq görüşü şərh edərkən deyib.

Onun fikrincə, belə olan halda həmsədrlər situasiyanı öz nəzarətinə götürənə - mart ayına qədər proseslər bir qədər uzlaşma nöqtəsinə çata bilər:

“Ona görə də bugünkü danışıqlar ehtiyatlı dialoqdur, burada qarşı tərəf nəyəsə söz verməyəcək, çünki keçid anındadırlar. Ümumiyyətlə, Ermənistanda baş verən hakimiyyət dəyişikliyi Qarabağ danışıqlarını da tamamilə qeyri-mümkünlük müstəvisinə daşıdı və beynəlxalq vasitəçilik missiyasını az qala iflasa uğratdı.

2 il əvvəl aprelin 1-dən 4-nə qədər gedən savaşdan sonra erməni tərəfi guya müəyyən mövqelərdəki məğlubiyyətin əvəzini real danışıqları durdurmaq hədəfi ilə çıxmağa çalışırdı. Müəyyən qədər də həmsədrlər onların arqumentlərini sanki qəbul etmiş kimi görünürdülər. Aralıq mərhələlərdə hətta ATƏT-in regionda monitorinqlərini daha resurslu və əsaslı etmək üçün bölgədə kameraların qurulması, hər bir əsgərin tərpənişini fiksasiya edəcək mexanizmlərin tapılması, ABŞ-ın istehsal etdiyi nəzarət qurğularının səngərdə yerləşdirilməsi məsələləri dövriyyəyə çıxdı, lakin olmadı.

Azərbaycan tərəfi nəinki Lələtəpə yüksəkliyində möhkəmləndi, eləcə də qarşı tərəfdən hansısa vasitələrlə onun görüntü olaraq hədəfə çevrilməsinə razılığını vermədi. Onsuzda danışıqların periodu və intensivliyi aşağı düşmüşdü, indiki reallıqda əvvəlcə Nikol Paşinyanın küçədən başlayan eyforik durumu ultimativ tələblərlə müşayiət olundu, biz sanki Bako Saakyanla danışmalıyıq.

Amma təmas xəttində baş verən toqquşmalar və itkilərin real hakimiyyət kimi Paşinyanın ayağına yazıldığını görəndə Düşənbədə ayaqüstü Azərbaycanın dövlət başçısı ilə bir neçə dəqiqəlik söhbəti reallaşdı. Atəşkəsə daha ciddi şəkildə əməl olunması fonunda sanki Azərbaycan tərəfi prezident İlham Əliyevin addımları vasitəsilə seçki prosesində rəqib qüvvələrin gücünü artırmaq istəmədiyini göstərdi”.

Zahid Oruc hesab edir ki, hər gün itkilər baş versə, avtomatik olaraq indiki iqtidarın mövqeyi zəifləyər, əksinə keçmiş cinayətkar rejim - Serj Sərkisyan və Robert Köçəryanın qüvvələri bir qədər bəraət alardı, xalqın nəzərində əvvəlki ovqatda qəbul olunması çətinləşərdi:

“Bu isə bizə lazım deyil. Əksinə, Paşinyanın sanki müəyyən qədər Azərbaycanın addımları vasitəsilə süni şəkildə güclənməsi bizim gələcək mənafelərimizə xidmət edə bilər.

Birincisi, geopolitik müstəvidə əvvəlki formada fəal şəkildə Rusiyaya söykənməkdən bir qədər kənara çıxmış olar, ikincisi, Türkiyə ilə bəlkə yeni münasibətlər başlatmağa dair addımlar ata bilər, üçüncüsü, hətta Azərbaycan rəhbərliyi ilə vasitəçilər olmadan görüşmək imkanları reallaşar və s.

Beləliklə, Azərbaycan şüurlu şəkildə atəşkəs məsələsində daha sərt intizama əməl etməkdədir”.

Deputat qeyd edib ki, Paşinyan Azərbaycan əleyhinə ritorikadan istifadə etməklə seçici baxımından bəhrələnib xal yığır:

“Dekabr ayı qurtarsın, 2019-cu ildən qarşı tərəfin hansı davranış sərgiləyəcəyini, Qarabağa yönəlik seçmək istədikləri kursu görəcəyik.

Əgər ənənəvi mövqe təkrarlanacaqsa, yenidən sərt ultimatumlar, hədələr, öz oğlunun səngərə göndərilməsi üzərindən təcavüzkarlıq davranışları ortaya qoyulacaqsa, avtomatik olaraq proses təzədən gərginləşəcək. Bu halda bizim xeyrimizə olan vəziyyət budur ki, əvvəlki iqtidarlardan fərqli olaraq, Paşinyan səngərdə və döyüş əməliyyatlarında olmayıb, onun ordu üzərində nüfuzu yoxdur. Bu da öz nəticələrini verə bilər”.

 

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ