Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının erməni-bolşevik işğalçılarından azad edilməsinin 100-cü ildönümü ilə əlaqədar tədbirə qatılmaq üçün Azərbaycana rəsmi səfərə yola düşüb.
GunAz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat katibi məlumat yayıb.
Türkiyənin dövlət başçısının səfər çərçivəsində iki ölkə arasındakı strateji əlaqələrin və əməkdaşlığın daha gücləndirilməsi üçün atılması mümkün olan addımlar haqqında prezident İlham Əliyevlə bir sıra müzakirələr aparması da gözlənilir.