SON DƏQİQƏ

Kreml kimə güvənəcək - Əliyevə, ya Nikola?

Tarix:

6-06-2018, 16:47

/ 10 287 dəfə oxundu.
Kreml kimə güvənəcək - Əliyevə, ya Nikola?

Paşinyan özünün qərbyönlü olmadığına Rusiyanı inandıra bilməyəcək.
Gunaz.az xəbər verir ki, Bu iddia rusiyalı jurnalist İrina Corbenadzenin “Rosbalt” agentliyindəki məqaləsində yer alıb.
“Nikol Paşinyanın Rusiya ilə bağlı mövqeyində dəyişikliklər var, lakin o, Ermənistan-Azərbaycan konfliktinin həlli ilə bağlı mövqeyini dəyişibmi? Böyük ehtimalla yox. Belə ki, Paşinyanın israrlı şəkildə Xankəndinin danışıqlar prosesinə qoşulmasını tələb etməsi Ermənistan və Azərbaycan liderləri arasında Qarabağla bağlı danışıqların perspektivinə kölgə salır.
 
Belə olan halda Paşinyan kimə güvənir? Görünür, Moskvanın artıq Ermənistanın Nazirlər Kabinetinin tərkibi haqqında fikri formalaşıb və çətin ki, Paşinyan özünün qərbyönlü olmadığına Rusiyanı inandıra bilsin. Erməni hökumətində Sorosun qulaqları heç bir kabinetdə yoxdur. Belə olan Moskva daha çox kimə güvənəcək – Paşinyana, yoxsa Əliyevə? Belə olan halda top bu dəfə Azərbaycanın meydanında olacaq. Lakin bu, Moskvada olan hər kəsi razı salmır. Bu o deməkdir ki, Rusiya və Azərbaycanı təcili şəkildə küsdürmək lazımdır. Ona görə də bir sıra rusiyalı analitiklərin Rusiya Xarici İşlər Nazirliyində ciddi erməni lobbisinin olmasıyla bağlı səsli-küylü çıxışları təsadüfi deyil”, – deyə məqalədə bildirilib.(axar.az)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ