SON DƏQİQƏ
» » ABŞ Konqres üzvünün 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanatı

ABŞ Konqres üzvünün 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanatı

Tarix:

23-02-2018, 08:44

/ 2 241 dəfə oxundu.
ABŞ Konqres üzvünün 20 Yanvar və Xocalı faciəsi ilə bağlı bəyanatı

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 Yanvar və Xocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib.

Gunaz.az xəbər verir ki, ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək keçmiş Sovet respublikalarında baş vermiş müharibələrdə həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib.

Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.

скачать dle 12.1

Şərhlər