SON DƏQİQƏ
» » "Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam"

"Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam"

Tarix:

10-12-2017, 12:29

/ 1 401 dəfə oxundu.
"Qarabağ üçün son görüşdə İrəvanı razı salan məqam"

Düzdür, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqlar prosesi intensivləşir, ancaq bunun hələ hara aparıb çıxaracağını söyləmək çətindir.
Gunaz.az xəbər verir ki, bu sözləri Azərbaycan və Ermənistan XİN başçılarının Vyana görüşünün yekunu ilə bağlı Axar.az-a danışan millət vəkili, politoloq Rasim Musabəyov deyib.
“Xarici işlər nazirlərinin bu dəfəki görüşündə də ənənəvi olaraq yeni bir şey yoxdur, sadəcə olaraq, danışıqların intensivləşdirilməsiylə nəticəyə varmağın vacibliyi qeyd olunub. Azərbaycan da hər zaman bunu bəyan edib. Vyana görüşündə erməniləri qane edən məqam münaqişənin dinc yolla həlli ilə bağlı xəbərdarlıqdır”, - deputat bildirib.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçıları , Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə etmək məqsədilə dekabrın 7-də ATƏT-in xarici işlər nazirlərinin görüşü çərçivəsində Vyanada bir araya gəliblər.
Bundan əvvəl isə E.Məmmədyarov və E.Nalbəndyan ayrı-ayrılıqda Minsk qrupunun həmsədrləri ilə görüş keçiriblər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ