SON DƏQİQƏ
» » Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq

Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq

Tarix:

27-11-2017, 09:45

/ 1 013 dəfə oxundu.
Azərbaycan-Ermənistan sərhədində növbəti monitorinq

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, noyabrın 28-də Azərbaycan və Ermənistan dövlət sərhədinin Qazax rayonu istiqamətində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.
Azərbaycan Müdafiə Nazirliyindən Gunaz.az-a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Mixail Olaru və Saymon Tiller keçirəcəklər.
Ermənistan tərəfindən isə monitorinqi şəxsi nümayəndənin səhra köməkçiləri Gennadi Petrika, Oqnyen Joviç və Martin Şuster keçirəcəklər.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ